Füzuli Məmmədov: “Baş məşqçimiz hər zaman yanımızda idi”
08.12.2019 , 19:56

Azərbaycan Premyer Liqasında XIV turun “Sabah” – “Neftçi” (0:2) oyunundan sonra keçirilən mətbuat konfransında “ağ-qaralar”ın məşqçisi Füzuli Məmmədov jurnalistlərin suallarını cavablandırıb.
Korner.az xəbər verir ki, o, əvvəlcə görüş barədə fikirlərini bildirib.
– Çətin oyun oldu. Hər kəs bunu gördü. Bütün futbolçulara apardıqları mübarizəyə görə təşəkkür edirəm. Vacib qələbə qazandıq. Bütün azarkeşlərimizi təbrik edirəm.
– Bordinsiz texniki zona necə idi?
– Baş məşqçimiz hər zaman yanımızda idi və tapşırıqları verirdi. Biz də bunları futbolçulara çatdırmağa çalışırdıq.
