Futzalda 2 komandanın adı dəyişdirildi
16.10.2019 , 23:37

Futzal üzrə Birinci Liqada çıxış edən “Harmony hotel” komandasının adı dəyişdirilib.
Korner.az xəbər verir ki, klub rəhbərliyi federasiyaya müraciət edərək növbəti oyunlardan “AjaxBaku” adı altında çıxış edəcəyini bildirib. Bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.
İkinci Liqa təmsilçisi “ASCO Dənizçi” adından isə ASCO hissəsi çıxarılıb.
