Futzal klublarının UEFA reytinqi açıqlanıb.
UEFA kubokunda çıxış edəcək 56 komanda üçün tərtib edilən siyahıda Azərbaycan da təmsil olunub.
Son ölkə çempionu “Araz” qitənin ən güclüləri arasında 14-cü pillədə qərarlaşıb. Naxçıvan klubunun əmsalı 13,001-ə bərabərdi.
Cədvələ İspaniya “İnter”i başçılıq edir. Yarışın son qalibinin aktivində 57,000 xal var.
