Futzal üzrə milli komandaların növbəti reytinq siyahısı açıqlanıb.
Korner.az-ın məlumatına görə, Azərbaycan millisi 1397 xalla dünya reytinqində 10-cu pillədə qərarlaşıb. Bununla da yığmamız son 3 aydakı mövqeyini qoruyub.
İlk onluqda aşağıda millilər yer alıb:
1. Braziliya – 1915
2. İspaniya – 1891
3. Rusiya – 1758
4. Argentina – 1706
5. İtaliya – 1630
6. İran – 1605
7. Portuqaliya – 1583
8. Ukrayna – 1471
9. Qazaxıstan – 1465
10. Azərbaycan – 1435
