Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında XXII turdan təxirə salınmış oyun keçirilib
“Olimpik Star”da baş tutan matçın fasiləsinə komandalar 3:3 hesablı heç-heçə ilə yollanıb. İkinci hissəyə qolla başlayan “Marafon Futsal” hesabı lehinə dəyişdirib. Ancaq rəqib ardıcıl 2 qol vurmaqda üstünlük qazanıb.
Ancaq üstünlüyünü sona qədər qoruya bilməyən nominal qonaqlar mövsümü heç-heçə ilə başa vurub – 5:5. Qazanılan 1 xal sayəsində “Marafon Futsal” gümüş medalları təmin edib.
Qeyd edək ki, daha əvvəl “Araz” ölkə çempionluğunu qazanıb.
