Azərbaycan çempionu “Araz” bu gün futzal üzrə UEFA kubokunun əsas mərhələsində qrupda son oyununu keçirəcək. Təmsilçimiz Rumıniya çempionu “Deva” ilə qarşılaşacaq.
Qrup lideri olan komandamızı elit-raunda yüksəlmək üçün heç-heçə də qane edir.
Qeyd edək ki, “Araz” ilk oyunda Bosniya və Herseqovina çempionu “Mostar”ı 5:2, ikinci qarşılaşmada Malta çempionu “Sent Endryus”u 6:4 hesabı ilə məğlub edib.
14 oktyabr
20:00 “Araz” – “Deva” (Rumıniya)
Hakimlər: Tomasz Frak (Polşa), İbrahim El Jilali (Hollandiya), Şota Kukhilava (Gürcüstan)
Deva idman kompleksi.
