Sloveniyada keçirilən futzal üzrə Avropa Çempionatı davam edir. Bu gün turnirin ilk yarımfinal matçı keçirilib.
1/4 finalda yığmamızın qapısından 8 top keçirən Portuqaliya Rusiya ilə üz-üzə gəlib. 3:2 hesablı qələbə qazanan Portuqaliya AÇ-2018-nin finalına adlayıb.
Qeyd edək ki, Avropa çempionatında digər finalçının adı isə Qazaxıstan – İspaniya matçında müəyyənləşəcək.
