Bu gün futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.
Korner.az–ın məlumatına görə, final mərhələsi Serbiyada təşkil olunacaq yarışın təsnifat və əsas seçmə mərhələlərinin qrupları müəyyənləşib.
Azərbaycan millisi seçmə mərhələyə birbaşa qatılan 21 komanda arasında yer alıb. Millimiz Ukrayna, Belçika və A qrupunun qalibi ilə eyni qrupda mübarizə aparacaq.
Avropa çempionatının final mərhələsi 2016-cı il fevralın 2-dən 13-dək Serbiyada keçiriləcək.
Təsnifat mərhələsi (13-18 yanvar 2015)
A qrupu: Yunanıstan, Bolqarıstan, Danimarka, Cəbəllütariq
B qrupu: Finlandiya, Monteneqro, Kipr, Uels
C qrupu: Gürcüstan, Litva, İsveçrə, Estoniya
D qrupu: Fransa, Moldova, Albaniya, San-Marino
E qrupu: Latviya, İngiltərə, Andorra, Malta
F qrupu: İsrail, Ermənistan, İsveç, Şotlandiya
Əsas seçmə mərhələ (17-22 mart 2015)
I qrup: Rusiya, Hollandiya, Bosniya və Herseqovina, E qrupunun qalibi
II qrup: İspaniya, Macarıstan, Makedoniya, təsnifat mərhələsinin ən yaxşı ikinci komandası
III qrup: İtaliya, Belarus, Polşa, B qrupunun qalibi
IV qrup: Ukrayna, AZƏRBAYCAN, Belçika, A qrupunun qalibi
V qrup: Çexiya, Sloveniya, Norveç, D qrupunun qalibi
VI qrup: Xorvatiya, Slovakiya, Türkiyə, F qrupunun qalibi
VII qrup: Portuqaliya, Rumıniya, Qazaxıstan, C qrupunun qalibi
