Futzal millimizin oyununun yeri və vaxtı bilindi
09.09.2023 , 14:47

DÇ-2024-ün elit-raund mərhələsində oktyabrın 11-də keçiriləcək Qazaxıstan – Azərbaycan oyununun başlama saatı və məkanı açıqlanıb.
Korner.az xəbər verir ki, görüş Astana şəhərindəki “Jekpe-Jek” Arenada keçiriləcək və Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Bu arena 2019-cü ildə istifadəyə verilib. İdman qurgusunda bir neçə növ üzrə beynəlxalq yarışlar və festivallar keçirilib.
