Kolumbiyanın Medelyin şəhərində futzal üzrə dünya çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib.
Korner.az-ın məlumatına görə, F qrupunda yer alan komandamız İran, İspaniya və Mərakeşə rəqib olub.
Qeyd edək ki, final mərhələsi bu il sentyabrın 10-dan oktyabrın 1-dək Kolumbiyanın Medelyin, Kali və Bukaramanqada şəhərində olacaq.
Qrupların tərkibi:
A qrupu: Kolumbiya, Portuqaliya, Özbəkistan, Panama
B qrupu: Tailand, Rusiya, Kuba, Misir
C qrupu: Paraqvay, İtaliya, Vyetnam, Qvatemala
D qrupu: Ukrayna, Braziliya, Mozambik, Avstraliya
E qrupu: Argentina, Qazaxıstan, Solomon adaları, Kosta Rika
F qrupu: İran, İspaniya, Mərakeş, AZƏRBAYCAN
