Dünya çempionatının final mərhələsinə hazırlıq məqsədilə bu gün futzal üzrə Azərbaycan milli komandası Daşkənd şəhərində Özbəkistan yığması ilə yoldaşlıq oyunu keçirib.
Korner.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, qarşılaşma 3:3 hesabı ilə başa çatıb.
Millimizin qollarını Fineo de Araujo, Rizvan Fərzəliyev və Fabio Jose Poletto vurub.
