Futzal millimiz yoldaşlıq görüşləri keçirəcək
28.03.2019 , 14:48

Futzal üzrə Azərbaycan milli komandası yoldaşlıq görüşlərində gücünü sınayacaq.
AFFA-nın rəsmi saytına istinadən verilən məlumata görə, millimiz aprelin 8-də və 9-da Bakıda, 10-dan 12-dək Latviyada, 13-dən 17-dək isə Serbiyada təlim-məşq toplanışında olacaq. Hazırlıq prosesi çərçivəsində milli komanda aprelin 11-də və 12-də Latviya, 15-də və 16-da isə Serbiya yığması ilə yoldaşlıq oyunları keçirəcək.
