Futzal millimiz yerində sayır – reytinq cədvəli
21.07.2018 , 11:34

Futzal üzrə milli komandaların yeni reytinqi açıqlanıb.
Millimizin mövqeyində dəyişiklik olmayıb. Yığmamız yenə 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, cədvələ 1935 xala malik Braziliya başçılıq edir.
İlk “onluq”
1. Braziliya – 1935
2. İspaniya – 1807
3. Portuqaliya – 1696
4. Rusiya – 1686
5. Argentina – 1667
6. İran – 1654
7. İtaliya – 1552
8. Qazaxıstan – 1532
9. Ukrayna – 1482
10. Azərbaycan – 1440
