Futzal millimiz növbəti görüşünə çıxacaq
11.04.2019 , 17:25

Futzal üzrə Azərbaycan milli komandası bu gün Latviya yığması ilə yoldaşlıq oyunu keçirəcək.
AFFA-nın rəsmi saytına istinadən verilən xəbərə görə, görüş Liepaya şəhərindəki Nikas idman zalında keçiriləcək. Qarşılaşmanı İnqus Purins, Eduard Ratkujins və Armand Bucisdən ibarət hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
