Futzal üzrə Azərbaycan milli komandası martın 29-da və 30-da Moldova yığması ilə yoldaşlıq oyunu keçirəcək.
Korner.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, Bakı İdman Sarayında keçiriləcək hər iki qarşılaşma saat 18:30-da başlayacaq. Oyunlar CBC Sport televiziya kanalında canlı yayımlanacaq.
