Futzal

Futzal Federasiyası da liqalarda oyunları təxirə saldı

13.03.2020 , 19:54

Azərbaycanda futzal yarışları da koronavirusa görə təxirə salınıb.

Korner.az xəbər verir ki, bu barədə federasiyasının rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, koronavirus pandemiyasının dünyada geniş yayılmasınını, ölkəmizdə virusa qarşı aparılan mübarizəni, həmçinin idman qurğularının fəaliyyətini müvəqqəti dayandırmasını nəzərə alan Azərbaycan Futzal Federasiyasının rəhbərliyi martın 14-dən ayın sonuna qədər futzal liqalarında, eləcə də ölkə kubokunun 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində keçirilməsi nəzərdə tutulan bütün oyunları təxirə salır.

Son yazılar

Yuxarı