Futzal üzrə Avropa çempionatının qrup mərhələsində Azərbaycan millisinin qarşılaşacağı rəqiblər müəyyənləşib.
Bu gün Sloveniyanın Lyublyana şəhərində keçirilmiş püşkatma nəticəsində millimizin Avropa çempionatında İspaniya və Fransa yığmaları ilə birgə D qrupunda mübarizə aparacağı bəlli olub.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 2018-cı il yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın Lyublyana şəhərində keçiriləcək.
