big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Futbolun Çin nağılı: Avropanı necə diz çökdürdülər? – YAZI

29.01.2016 , 09:48

Dünya iqtisadiyyatının əsas lokomotivlərindən olan Çin, deyəsən, artıq futbol sahəsində də söz sahibi olmağa qərar verib. Hər halda, son ayların statistikası belə düşünməyə ciddi əsas verir. Ötən yay futbolçu transferlərinə görə dünya bazarında 9-cu olan Çin qış transfer dövründə Avropanın bütün nəhənglərini "əzərək" birinci pilləni rəsmən "işğal etdi". Üstəlik, reytinq cədvəlində təkcə bu ölkənin yüksək liqası deyil, birinci divizionu da yüksəlişə nail oldu – Almaniya Bundesliqasını geridə qoymaqla! 

Bəs nədi bu ani sıçrayışın səbəbi? Olmaya çinlilər bir ilin içində "futbol xəstəsi"nə çevrildilər? Araşdırmalar göstərir ki, bu ölkənin hətta aşağı dəstə komandaları da kifayət qədər maliyyə dayaqlarına sahibdirlər. Tikinti şirkətlərinin, mağazalar şəbəkələrinin sponsorluq etdiyi klublar bütün dünyanın maliyyə böhranı ilə savaşdığı bir dövrdə milyonlar xərcləməkdən çəkinmədilər. 

Aşağıda bəzi klubların maliyyə dayaqları barədə qısaca məlumat verəcəyik.

"Tyanczin Sunczyan" – aşağı dəstədə mübarizə aparan bu klubun sahibi "Quanjian Natural Medicine" şirkətidir. Onkoloji klinikası olan, dərman və kosmetika istehsal edən, səhiyyə sahəsində tədqiqatlar aparan şirkətin ötənilki büdcəsi 1.5 milyard dollardan artıq olub. Qarşısına növbəti il yüksək dəstəyə yüksəlmək hədəfi qoyan klub iki çinli futbolçu – qapıçı Lyu Çjanq və yarımmüdafiəçi Ke Sun – almaqla ölkə futbolu tarixinə düşdü. Bu oyunçuların hər biri "Tyanczin Sunczyan"a 9 milyon avroya başa gəldi ki, bu da Çin futbolu tarixində 2-3-cü ən bahalı transferdir. Bundan başqa klub Braziliyanın "Santos"undan 11 milyon avroya yarımmüdafiəçi Jeubanionu almaqla işə nə dərəcədə ciddi girişdiyini göstərmiş oldu. Komandanın digər iki legioneri isə Jadson (5 milyon avro) və "Sevilya"dan tanıdığımız Luis Fabioanodur (pulsuz). Bəs bu komandaya kimin rəhbərlik etdiyini bilirsizmi? Vanderley Luşemburqu. Bəli, bəli, bir vaxtlar Madrid "Real"ını çalışdırmış portuqaliyalı mütəxəssis.

"Şanxay Şenxua" – bugünlərdə "İnter"dən Quarini transfer edən bu klubun sahibi bina tikintisi ilə məşğul olan "Greenland Group"-dur. Dünya şirkətlərinin hasilata görə reytinqini hazırlayan "Fortune Global 500"-ün son açıqlamasına görə, "Greenland Group" illik 42.5 milyard dollarlıq mədaxili ilə siyahıda 258-ci pilləni tutur.

"Szyansu Saynti" – Dan Petreskunun çalışdırdığı və Ramiresin forma geyinəcəyi bu klubu ötən ay elektronika sahəsində məşhur olan "Suning Commerce" şirkəti satın alıb. Klubu əldə etmək üçün şirkət 80 milyon dollar xərcləyib. Maraq üçün qeyd edək ki, "Suning Commerce"-in səhmlərinin 20 faizini internet üzərindən alqı-satqı ilə məşğul olan məşhur "Alibaba" ötən ay alıb. "Sunning Commerce"-nin Çində 1600-dən çox mağazası fəaliyyət göstərir.

"Quançjou Everqrand" – Asiya Çempionlar Liqasının sonuncu qalibi olan bu klubun iki əzəmətli himayədarı var. Bunlar: "Evergrande Real Estate" adlı tikinti şirkəti (sahibinin 6 milyard dollar varidatı var) və internet üzərindən alqı-satqı ilə məşğul olan "Alibaba"dır (təsisçisi Cek Manın varidatı 22 milyard dollardan çoxdur, klubun səhmlərinin yarısını almaq üçün 192 milyon dollar xərcləyib).

"Xebey Çayna Forçun" – bugünlərdə Jervinyonu transfer edən bu klubun sahibi "China Fortune Land Development" şirkətidir. Onun təsisçisinin 3 milyard dollarlıq sərvət sahibi olduğu deyilir.

Sual yarana bilər ki, bu qədər pul xərcləmək çinli biznesmenlərin nəyinə lazımdır? 
Bu yöndə iki ehtimal var. Birincisi, deyilənə görə, Çin Xaq Respublikası Kommunist Partiyasının sədri Si Szinpinin "futbol xəstəsi"dir. Məhz onun təşəbbüsü ilə ümumtəhsil məktəblərinin ərazisindəki futbol meydançaları yenidən qurulub və orta məktəblərdə futbol dərsləri tədris olunmağa başlayıb. İkinci ehtimal isə Dövlət Şurasının 2014-cü il oktyabrın 2-də ölkədə idmanın sürətli inkişafına dair qərar qəbul etməsidir. Qərara əsasən, dövlət özəl federasiyaların işinə müdaxilə etməmək öhdəliyi götürdü və əvəzində özəl şirkətlərin idmana yönəlməsi üçün çox ciddi addım atdı: idmanın və mədəniyyətin inkişafına yatırım edən şirkətlərin 25 faizlik mənfəət vergisi 3 dəfədən də çox azaldılaraq 3 faizə salındı!  

Bəs bu qədər yatırımın biznes rentabelliyi? Qətiyyən yoxdur! Əksinə, səhmdarlar külli miqdarda zərər ediblər. Misal üçün, 2013-cü ilin əvvəlindən 2015-ci ilin iyununadək "Quançjou Everqrand" 215 milyon dollar ziyana düşüb. Çempionat oyunlarının yayımının 5 illik yayım hüququnun 1.26 milyard dollara satılması da, güman ki, vəziyyəti bir o qədər düzəltməyəcək…

Qeyd: Yazıda sports.ru-nun məlumatlarından istifadə edilib.

Son yazılar

To Top