AFFA-dan növbəti cəzalar
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Korner.az-ın məlumatına görə, İKI divizionun X turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
“Göyəzən” – “Lokomotiv” matçının 68-ci dəqiqəsində “Lokomotiv”in futbolçusu Çingiz Qurbanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Bu səbəbdən o, 4 oyunluq cəzalandırılıb, klubu 400 manat cərimə olunub.
“Şuşa” – MOİK görüşünün 34-cü dəqiqəsində “Şuşa”nın futbolçusu Bayram Kərimovla MOİK-in üzvü Şahin Xasaylı bir-birini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığından hər ikisi 3 oyunluq cəzalandırılıb, klubları 200 manat cərimələnib.
MOİK-in “Şuşa” ilə matçda 6, “Şəmkir”in “Bakılı”, “Neftçala” və “Tərəqqi”nin bir-biri ilə oyunda 4 futbolçusu sarı vərəqə aldığından 100 manat cərimə edilib.
