big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Futbolumuzun analoqsuz inkişafı (YAZI)

06.08.2014 , 16:47

Biz futbolumuzun işıq sürətilə inkişaf etdiyinə özümüzü inandırmağa, kiçik qığılcımlardan böyük alovlar yaratmağa çalışsaq da, futbolumuzun keyfiyyəti ona yatırılan sərmayəni tam olaraq ödəmir. Bəs futbolumuzun inkişafına mane olan problemlər nədir?

Uşaq futbolu
Hər bir binanı qurarkən əvvəlcə onun təməlinin sağlam olmasına fikir vermək lazımdır. Təməli zəif olan binanın bir müddətdən sonra çökməsi labüddür. Təəssüflə də olsa, qeyd etməliyik, ki, futbolumuz sağlam təməllər üzərində qurulmayıb. Düzdür, son 6 ildə “dövlət proqramı” çərçivəsində bu sahədə cüzi də olsa, irəliləyiş var. Çox sayda süni örtüklü meydança, top və digər lazımi ləvazimatlar azyaşlıların istifadəsinə verilib. Amma AFFA-nın tikdirdiyi stadionlardan, təhvil verdiyi ləvazimatlardan istifadə üçün uşaqlardan pul alan şəxslərə, (belələri əsasən məktəb direktorları olur.) hətta şagirdlərin QANUNSUZ olaraq meydançadan istifadə etməsinin qarşısını almaq üçün stadionun qabağına nəzarətçi qoyanlara rast gəlmək olar.  Belə isə niyə meydançanın girişinə: “Stadiondan istifadə üçün, pul tələb olunarsa, bu nömrəyə zəng edin!!!” kimi gərəksiz elan asırsız?  Bu hal xüsusilə kənd və rayon məktəblərində daha geniş vüsət alıb.
Hə, az qala  futboldan başı  çıxmayan, savadsız və hər addımbaşı jarqon ifadələrdən istifadə edən “futbol müəllimləri”ni unutmuşduq. Verdikləri “əndrabadi” tapşırıqları icra edə bilməyənlərin üstünə qışqıran, onları acılayan hətta təhqir edən yekəqarın kişilər belə əməlləri ilə uşaqları futboldan soyudur. İtirən isə biz və futbolumuz olur.
Klublarımız akademiyalarının işi haqda da bir neçə kəlmə demək pis olmazdı. Əgər gördükləri bir iş varsa. Son 3 ildə bu mənada ən çox irəliyə çıxanlar “Bakı” və “Qəbələ” idi. Vaxtilə “Avropanın ən yaxşı 5 akademiyasından birinə sahib olan” “Bakı”nın hazırkı vəziyyəti hər birinizə məlumdur. “Qəbələ” akademiyasından isə nələr eşitmirik ki?!  Uşaq futbol məşqçisinin Xocalı faciəsindən öz zarafatlarında istifadə etməsindən tutmuş, paltardəyişmə otağında baş verən çirkinliklərə qədər…  Futbolumuzun təməli  bu cür vəziyyətdədir.

Klublarımız və legioner limiti
Son illər klub futbolunda xeyli irəliləyişin olduğunu qeyd etməliyik. 7-8 il öncə qitəmiqyaslı yarışlarda keçilən bir mərhələ böyük uğur hesab olunurdusa, indi bizim klublar 2-3 mərhələni birnəfəsə keçirlər. Bunda isə klublarımızda oynayan legionerlərin müstəsna rolu var. Bəli, artıq əvvəlki kimi, Azərbaycana heç kimə lazım olmayan, ehtiyat skamyanı isitməkdən başqa bir iş yaramayan əcnəbilər gəlmir. Klublar da artıq bu mənada peşəkarlaşıb, hər yoldan keçəni ölkəmizə dəvət etmirlər. Bunda isə heç şübhəsiz tətbiq olunan legioner limitinin böyük rolu var. Belə ki, klubların əsas heyətdə yer verdikləri legioner sayı azaldığından onlar da məcbur olublar, kəmiyyətə yox, keyfiyyətə önəm versinlər. Bunun yaxşı nümunəsi isə “Qarabağ”dır. Bununla belə, limitin mənfi cəhətləri də var.
1) Yerli futbolçulara tələbat artdığından, onların qiyməti süni şəkildə artır, əcnəbi futbolçu ilə rəqabətdən azad olan yerli daha öz üzərində işləməyə səy göstərmir;
2) Bu cür limit klubların əl-qolunu bağlayır, qitə arenasında boy göstərən komandaların aparıcı futbolçuları zədələnəndə və ya cəzalananda baş məşqçi onu əvəzləmək üçün “material” tapmaqda çətinllik çəkir. Elə “Qarabağ”da da hazırda bu cür problem var. Komandanın iki əsas futbolçusu – Admir Teli və Reynaldo “Zalsburq”la ilk matçda qırmızı vərəqə aldıqlarına görə cavab görüşündə oynaya bilməyəcəklər. Belədə Qurban Qurbanovun onları necə əvəzləyəcəyi maraq doğurur.

Stadionlar
Təsəvvür edin, əvvəllər milli komandanın və klublarımızın beynəlxalq arenadakı, demək olar, bütün görüşləri, çempionat matçlarının 60-70%-i Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirdi. Oturacaqları köhnəlmiş, ot örtüyü  saralmış və istifadəyə yararsız arena  ona olan tələbi ödəyə bilmirdi. Təsadüfi deyill, ki, Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçirilən və 1:1 hesabı ilə başa çatan Azərbaycan-Belçika görüşündən sonra Belçika mətbu orqanlarından birində “Stadion yox, pambıq tarlası” başlıqlı məqalə dərc olunmuşdu. Amma son 3 ildə bu problemin böyük ölçüdə həll olunduğunu qeyd etmək lazımdır. Belə ki,  “Bakcell Arena”, “Bayıl Arena”, “Dalğa Arena”, kimi yeni stadionlar istifadəyə verilib, Tofiq Bəhramov adına Respublika stadionu isə əsaslı təmir edilib. Lakin bu sahədə də bəzi problemlər mövcuddur. Belə ki, stadionların əksəriyyətinin dövlət tabeliyində olması, klubların onlardan yalnız icarədar kimi istifadə etməsi qeyd olunası məqamdır.

Ürfan MƏMMƏDZADƏ

Son yazılar

To Top