Türkiyənin “Qalatarasay” klubu mətbuata açıq məşq keçirib.
Korner.az-ın məlumatına görə, komandanın futbolçusu Umut Bulut məşqdən sonra türkiyəli jurnalistlərin suallarını cavablandırıb.
O bildirib ki, ataının ölümündən sonra futbolu unudub. Buna baxmayaraq dost və tanışlarının dəstəyindən razıdı:
“Psixoloji olaraq çox çətin durumdayam. Atamın yaşadığı o hadisə futbolu unutdurub. Bununla belə dostlarımın, komanda heyətinin dəstəyi mənə çox kömək olur. Onlara xüsusi təşəkkür edirəm. Məni bir an belə yalnız buraxmırlar”
Umut Bulutun atası Ankarada törədilən terror aktında vəfat etmişdi
