Futbolda yeni qaydalar
06.03.2021 , 11:54

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) yeni qərarlar çıxarıb.
Korner.az xəbər verir ki, qurum oyun vaxtı beyin silkələnməsi baş verdikdə 4-cü əvəzetmənin sınağına başlayacağını açıqlayıb.
Sınaq müddəti 2022-ci ilin avqustuna qədər davam edəcək.
IFAB həmçinin əllə oyun qaydasının da izahatlarını verib. Əllə oyun zamanı qayda pozuntusu aşağıdakılardı:
– Topa bilərəkdən əllə toxunma – məsələn, əlin bilək hissəsi topa hərəkət etdikdə
– Topa əllə toxunma – Bədəni irəli verməklə topa əllə toxunma. Bu zaman hesab edilir ki, futbolçu bədənini qeyri-təbii olaraq böyüdür.
– Rəqib qapısına əllə qol vurma – Rəqib qapıçı belə əllə qol vurduqda, qeydə alınmayacaq.
– Top biləyə toxunduqda (təsadüfi olsa belə).
Bundan başqa aşağıdakı halda əllə oyun qayda pozuntusu sayılmayacaq:
– Komanda yoldaşının qol vurması ilə nəticələnən əllə təsadüfi oyun qayda pozuntusu hesab edilməyəcək. Bu zaman hətta qeyri-ixtiyari toxunmalardan sonra əllə vurulmuş qollar hesaba alınmayacaq. Qaydalar iyulun 1-dən qüvvəyə minəcək.
