Dünya Futbolçular Birliyi (FİFPRO) rəsmi “Twitter” səhifəsində sorğu keçirib.
Korner.az-ın məlumatına görə, 27 ölkədən 244 futbolçu arasında keçirilən sorğuda oyun zamanı üç deyil, dörd oyunçu dəyişikliyin olması ilə bağlı məsələ müzakirə olunub.
Sorğuda iştirak edən 244 futbolçudan 205-i nəzərdə tutulan yeni qaydanı müsbət qiymətləndirib. Bəziləri isə dördüncü oyunçu dəyişikliyinin uzatma dəqiqələrində həyata keçirilməsinin tərəfdarı olduğunu bildirib.
