Böyük Britaniyanın Leyboristlər Partiyası Premyer Liqa klublarının həvəskarlar liqasında mübarizə aparan klublara maliyyə yardımı göstərməli olduğuna dair qanun layihəsi ilə çıxış edib.
Korner.az-ın məlumatına görə, qanun layihəsinə əsasən, Premyer Liqa təmsilçiləri teleyayımdan əldə edəcəkləri məbləğin 5 faizini həvəskarlara ayırmalıdırlar.
Qəbul olunacağı təqdirdə 2016-2019-cu illəri əhatə edəcək qanuna əsasən, həvəskarlara 554 milyon avro həcmində yarım ediləcək. Layihə müəlliflərinin fikrincə, bu, həvəskarlar dəstəsinin güclənməsinə səbəb olacaq.
