“Futbolda asan qələbə olmur” – Roberto Bordin
24.11.2019 , 19:35

Azərbaycan Premyer Liqasının XII turunda “Neftçi” – “Qəbələ” oyunundan sonra təşkil olunan mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Roberto Bordin jurnalistlərin suallarını cavablandırıb:
Korner.az xəbər verir ki, baş məşqçi əvvəlcə görüş barədə fikirlərini bildirib:
Komandanın oyunundan razı qaldım. Əlbəttə ki, qələbə çox vacib idi və qələbə qədər də yaxsi oyun sərgiləmək. Komanda yaxşı oynadı. Futbolçularımı təbrik edirəm.
– Dabonun heyətdə olmamağının səbəbi nə idi?
– Zədəlidi.
– Hesaba baxsaq rahat qələbə qazandığınızı demək olar?
– Futbolda asan qələbə olmur. Qələbəni istəmək lazımdı. Buna görə də komanda qələbə üçün vuruşdu.
Mina Musayeva
