İngiltərə Futbol Assosiasiyası "Nyukasl" futbol klubunun baş məşqçisi Alan Pradyu barəsində cəza tədbiri müəyyənləşdirib.
Korner.az-ın məlumatına görə, futbolçuya kəllə atan baş məşqçi 7 oyunluq diskvalifikasiyaya məruz qalıb.
Pradyu oyundan dərhal sonra "Hall Siti"nin başı ilə vurduğu yarımmüdafiəçisi Devid Meylerdən üzr istəyib. Buna baxmayaraq, "Nyukasl" rəhbərliyi baş məşqçiyə 100 min funt sterlinq cərimə kəsib. İngiltərə Futbol Assosiasiyası da diskvalifikasiyadan əlavə Pradyuya 60 min funt cərimə tətbiq edib.
)
