Futbolçuya etdiyi hərəkət azarkeşə baha başa gəldi
03.05.2023 , 19:15

İngiltərə Premyer Liqasının XXXIV turunda “Arsenal” 3:1 hesabı ilə “Çelsi”yə qalib gəlib.
Korner.az xəbər verir ki, oyun zamanı xoşagəlməz hal yaşanıb.
Belə ki, “Arsenal”ın 21 yaşlı azarkeşi matç zamanı “Çelsi”nin oyunçusu Mixail Mudrikin gözünə lazer vurduğu üçün tutulub.
Həmin azarkeşin London polisi tərəfindən saxlanılaraq həbs olunduğu bildirilir.
