“Fiorentina”nın kapitanı Davide Astorinin ölümü ilə bağlı cinayət işi açılıb
İtaliya mətbuatının yaydığı məlumata görə, ölümün arxasında sui-qəsd dayanıb-dayanmadığı araşdırılacaq.
Udine şəhər prokuroru Antoni De Nikola bildirib ki, hər şeyə tibbi ekspertizadan sonra aydınlq gələcək.
Qeyd edək ki, Davide Astori komandanın məskunlaşdığı oteldə dünən səhər saatlarında ölü vəziyyətdə tapılıb. O, yuxudan ayılmayıb.
