Futbolçunun forması əbədiləşdirildi
01.05.2019 , 18:15

“Alanyaspor” klubu qəzada ölən futbolçusu ilə bağlı vacib qərar qəbul edib.
Türkiyə klubu çexiyalı futbolçu Jozep Suralın 90 nömrəli formasını ədəbiləşdirmək haqqında qərar verib. Bundan sonra bu formanı heç bir futbolçu geyinməyəcək.
Qeyd edək ki, “Alanyaspor” klubunu daşıyan mikroavtobusun qəzaya düşməsi nəticəsində Jozep Sural aldığı xəsarətlərdən sonra vəfat edib.
