Futbolçunun evi yandı
18.10.2023 , 15:27
Türkiyə millisinin üzvü Salih Özcanın Almaniyanı Dortmund şəhərindəki evi yanıb.
Korner.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Yanğın baş verən zaman evdə heç kim olmayıb.
Yanğın böyüdükdən sonra hadisəni görən qonşular yanğınsöndürmə bölməsinə məlumat veriblər.
Hadisəyə müdaxilə edən qrup, yanğını cəmi 1 saata söndürə bilib.