Futbolçunun evi qarət olundu
08.05.2023 , 17:59
“Real”ın futbolçusu Rodriqonun evi qarət olunub.
Korner.az xəbər verir ki, futbolçunun Madridin La Moraleja səmtindəki evi gecə saatlarında qarət edilib.
Polisin hadisə yerinə getdiyi və içəri girəndə bəzi otaqlarının alt-üst olduğunu görüb.
Braziliyalı futbolçunun evindən nə oğurlandığı barədə hələlik məlumat yoxdur.
Ötən il “Real Madrid”in futbolçuları Kərim Benzema və Dani Karvahalın da evləri qarət edilmişdi.