Futbolçunu həbs etdilər
14.03.2024 , 21:37

Moskva “Spartak”ının futbolçusu Kuinsi Promes Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) həbs olunub.
Korner.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Dubayda həbs edilib.
Fevralın 29-da Promes hava limanında saxlandığı üçün qış təlim məşq toplanışında olan “Spartak”la BƏƏ-dən qayıda bilməyib. Futbolçu polis bölməsinə aparılıb və daha sonra BƏƏ-dən çıxmamaq şərti ilə sərbəst buraxılıb. Ancaq o daha sonra Dubayı tərk etmək istəyərkən həbs edilib.
