Futbolçumuz Branimir Subaşiçin oynadığı “Orduspor” klubunda baş məşqçi dəyişikliyi olub.
Korner.az-ın məlumatına görə, son 4 oyunda qələbə üzünə həsrət qalan “Orduspor”un baş məşqçisi Erkan Sözer istefa verib.
Boş qalan posta isə Hüsnü Özkara təyin olunub.
Qeyd edək ki, Hüsnü Özkara əvvəllər “Petkimspor”, “Ankara Köy Hizmətləri”, “Düzcəspor”, “Ərzurumspor”, “Buğsaşspor”, “Fənərspor”, “Boluspor”, “Ərzincanspor”, “Trabzonspor”, “Hatayspor”, “Kayserispor”, “Sarıyer”, “Konyaspor”, “İstanbul BB”, “Sakaryaspor”, “Adanaspor”, “Karabükspor”, “Girəsunspor”, “Elazığspor”, “Aydınspor 1923” və “Konyaspor” kimi klublarda çalışıb.