“Əlincə”nin daha bir yetirməsi – Hüseyn Əhmədov 10 gün öncə Ukraynanın məşhur klublarından olan “Metallist”in düşərgəsinə baxışa yollanmışdı.
Korner.az xəbər verir ki, Xarkov təmsilçisinin müvafiq yaş qrupunda yoxlanışdan keçən “Əlincə”nin 17 yaşadək futbolçulardan ibarət komandasının üzvü klubun məşqçiləri tərəfindən bəyənilib. Ötən mövsüm Azərbaycanın U-17 və U-16 milli komandalarına da çağırılan istedadlı futbolçumuz yaxın günlərdə “sarı-göylər”lə rəsmi müqavilə imzalayacaq.
