Türkiyə PTT birinci liqa komandalarından “Dənizlispor”un şərəfini qoruyan həmyerlimiz Arif İsayev klubdan ayrılıb.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Bu barədə Dənizli təmsilçisinin prezidenti Mehmet Özsoy məlumat verib. Onun sözlərinə görə, müqavilə qarşılıqlı razılaşma yolu ilə ləğv edilib.
Qeyd edək ki, Arif İsayev “Dənizlispor”da heç bir il oynamdı. O, bu ilin yanvar ayında türk klubuna transfer olunmuşdu.
