Türkiyə PTT liqasında növbəti turun oyunu keçirilib.
Korner.az-ın məlumatına görə, milli futbolçumuz Cavid İmamverdiyevin formasını geyindiyi "Elazığspor" öz meydanında "Orduspor"u qəbul edib.
Oyuna hücumlarla başlayan meydan sahibləri 8-ci dəqiqədə Cavidin qoluna sevinib. İlk hissənin son dəqiqələrində isə Çakir hesabı artırıb. 74-cü dəqiqədə yenə fərqlənən Çakir komandasına 3 xalı qazandırıb.
