Almaniya Kubokunda 2017/18 mövsümünün ilk raunduna yekun vurulub.
Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Dinamo” (Berlin) da ilk matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Şalke” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
Bu məğlubiyyət “Dinamo”nun Almaniya Kubokunu elə ilk raunddaca tərk etməsinə səbəb olub.
