Almaniyada Cənub regional liqasının 26-cı tur oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, millimizin hücumçusu Rüfət Dadaşovun klubu “Kayzerslautern”in ikinci komandası öz meydanında “Hoffenhaym”ın ikinci komandasını qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.
Rüfət Dadaşov əsas heyətdə meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib.
Hazırda “Kayzerslautern” 44 xalla yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
