Latviya birinci liqasında 17-ci turun oyunları keçirilib.
Azərbaycanlı futbolçu Vüqar Əsgərovun komandası – “Olayne” doğma meydanda “Stayçeles Bebri” ilə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Əsgərov da bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan Vüqar sonadək oynayıb. Cari mövsümdə vurduğu 13 qolla komandasının bombardiri olan futbolçumuz bu dəfə fərqlənə bilməyib.
