Türkiyə birinci liqasında 9-cu turun qarşılaşmaları keçirilir.
Korner.az-ın məlumatına görə, Cavid İmamverdiyevin çıxış etdiyi “Elazığspor” səfərdə “Bucaspor”un qonağı olub.
Oyun “Bucaspor”un 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Cavid İmamverdiyev oyun ehtiyat oyunçular skamyasından başlasa da, ikinci hissədə meydanda olub.
