Futbol üzrə Türkiyə çempionatında 5-ci turun oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası "Manisaspor" da növbəti matçına çıxıb.
Sözügedən komanda öz meydanında "Antalyaspor"la qarşılaşıb. Qarşılaşma 3:3 hesabıyla başa çatıb. Subaşiç oyundakı ilk qolun müəllifi olub.
