Türkiyə PTT I Liqasında IV turun oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, Branimir Subaşiçin formasını geydiyi “Manisaspor” klubu səfərdə “Adanaspor”la üz-üzə gəlib.
Qonaqlar ilk dəqiqələrdən 2 qol vursa da, üstünlüyünü qoruya bilməyib. Belə ki, matçda dönüş yaratmağı bacaran Adana klubu yekunda qələbə qazanıb – 3:2. Meydana start heyətində daxil olan Subaşiç sonadək mübarizə aparıb.
