Almaniya II Bundesliqasında növbəti turun oyunları davam edir.
Korner.az-ın məlumatına görə, millimizin üzvü Dmitri Nazarovun formasını geydiyi “Karlsruhe” klubu IX tur çərçivəsində səfərdə “Kaiserslautern”lə görüşüb.
Matç Nazarovun komandasının məğlubiyyəti ilə nəticələnib – 0:2. 46-cı dəqiqədə meydana çıxan yığmamızın futbolçusu ikinci yarıda sonadək oynayıb.O Filpp Klinqmannın yerinə oyuna daxil olub.
