Ölkə futbolu

“Futbolçuların potensialını bilirəm” – Füzuli Məmmədov

16.02.2020 , 21:35

Azərbaycan Premyer Liqasında XVII turun “Neftçi” – “Keşlə” (3:1)  oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Füzuli Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

Korner.az xəbər verir ki, O, əvvəlcə görüş barədə fikirlərini bildirib.

– Bilirdik ki, çətin oyun olacaq. Ciddi hazırlaşmışdıq. Rəqibi bütünlüklə analiz etmişdik. Necə oynayacaqlarını bilirdik. Qurduğumuz plan və futbolçuların meydanda tapşırıqları maksimum yerinə yetirməsi, əzmkarlığı qələbə ilə nəticələndi. Bu qələbəni 90 dəqiqə bizi dəstəkləyən azarkeşlərə həsr edirik.

– 3 oyunun hər birində hücum xəttində müxtəlif gedişlər etmisiz. Bugünkü irəli üçlünün ideal seçim olduğunu demək olarmı?

– Oyunları analiz edirik. Hansı matçlarda səhv cəhətlər olduqda ona uyğun kimin daha hazırlıqlı olduğunu nəzərə alıb heyəti qururuq.

– İlk hissədə komandanız əla oynadı. Bu cür tempi qalan matçlarda saxlamaq olarmı?

– Mən bura yeni gəlmişəm. Düzdü, komandanın içində idim və futbolçuların potensialını bilirəm. Amma deməzdm ki, bu, onların tam potensialıdı. İşləyəcəyik və daha yaxşı futbol sərgiləməyə çalışacağıq.

Son yazılar

Yuxarı