Yeni mövsüm Topaz Premyer Liqasında futbolçuların formalarında onların ad və ya soyadı bundan sonra Azərbaycan dilində yazılacaq.
Korner.az-ın məlumatına görə, bu haqda Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.
O bildirib ki, bu qərar ictimaiyyətin qınağından sonra qəbul olunub: “Qərar məcburidir”.
Qeyd edək ki, formalarda soyadın ingilis dilində yazılması narazılıq doğurmuşdu.
