Türkiyə Kubokunda qrup mərhələsinin püşkatma mərasimi keçirilib.
Korner.az-ın məlumatına görə, püşkdən sonra futbolçularımızın da rəqibləri müəyyənləşib.
Vaqif Cavadov, Rəhman Hacıyev və Ufuk Budakın çıxış etdiyi “Qaziantep BB” klubu Cihan Özkaranın formasını geyindiyi “Sivasspor”la eyni qrupda yer alıb. Bu komandaların digər rəqibləri “Qaziantepspor” və “Tuzlaspor”du.
Millimizin sabiq üzvü Branimir Subaşiçin şərəfini qoruduğu “Manisaspor” B qrupunda mübarizə aparacaq. Rəqiblər isə “Trabzonspor”, “Akhisar Bələdiyyəspor” və “Keçiörengücü”dü.
Timur Temeltaşın çıxış etdiyi “Altınordu” E qrupunda “Fənərbaxça”, “Kayserispor” və “Bayburt”la üz-üzə gələcək.
“Rəvan”ın keçmiş oyunçusu Ayaz Mehdiyevin çıxış etdiyi “Girəsunspor”a gəlincə, Girəsun təmsilçisi H qrupunda yer alıb. Sözügedən klubun rəqibləri “Gənclərbirliyi”, “Konyaspor” və “Cizrəspor” olub.
