big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Futbolçularımdan gözləntilərim çoxdur” – Aqil Nəbiyev

23.06.2023 , 12:16

19 yaşlılardan ibarət yığma komandamızın baş məşqçisi Aqil Nəbiyev Newsport.az saytına müsahibə verib.

Korner.az həmin müsahibəni təqdim edir:

– Sərəncamınızda olan futbolçular sizi tam qane edir? Bütün mövqelərdə rəqabət var, yoxsa əlavə gücə ehtiyac var? Seçmə mərhələdə hazırkı heyətlə iştirak yetərincə olacaq? 

– Seçim barədə böyük sıxıntılarımız var. Çünki bu yaşda uşaqların 90 faizindən çoxu U-19 liqasında mübarizə aparır, orada da 11 komanda var. Geniç seçimimiz yoxdur. Ona görə də, biz hər toplanışa bir yaş kiçik 7-8 nəfər dəvət edirik. Bu da toplanışa da 6 nəfər dəvət etmişdik. Hansısa futbolçu zədə və ya başqa problemlə bağlı toplanışda olmayanda, çox düşünürük ki, kimi dəvət edək. Komanda sayları çox olsa, milli məşqçilərinin də seçimi daha çox olardı. Amma biz bu barədə həqiqətən əziyyət çəkirik. İnanıram ki, daha yaxşı olacaq, çalışmalıyıq ki, uşaqlar inkişaf etsin. Ki, onlar gələcəkdə U-21 yığmasına, A milliyə, futbolumuza faydalı olsunlar. Futbolçularımdan gözləntilərim çoxdur, onların bacarığına və insanı keyfiyyətlərinə bələdəm. İki ildən çoxdur onlarla birlikdəyəm və onları çox yaxşı tanıyıram. Öz komandama güvənirəm, fəxr edirəm onlarla. Hər şey daha yaxşı olacaq.

– Bəzi futbolçularınız hərbi xidmətə yollanıb. Hərbi xidmətə yollanan oyunçuların it-bat olmaması üçün DQ, SQ-nin komandaların yaradılması təklifi edilib. Sizcə, belə olması daha yaxşı deyil? 

– Bəli, bir neçə oyunçumuz hərbi xidmətə yola düşüb. Əvvəl komandalar var idi ki, futbolçular orada məşq edirdi, oyunlarını oynayırdı. Tək futbolla bağlı deyil, digər idman növlərində də belə bir şey var idi. Təbii ki, olsa, daha yaxşı idi. Futbolçular, idmançılar da sevdiyi peşələrdən çox uzaq qalmazdılad.

–  U-19 liqasında 11 komanda var. Bu qədər komandadan oyunçu seçmək çətindir. Premyer Liqa klublarımız da əsas komandada 18-19 yaşlı oyunçulara oynamaq şansı vermir. Gələcəkdə U-19 yığmamızın üzvlərinin daha güclü komandalara göndərərək onları inkişaf etdirmək mümkündür? 

– Futbolçuların Avropaya çıxışı çox rahat olardı. Həm ölkə futbolu adına, həm milli üçün faydalı alınardı. Legioner həyatı yaşayan futbolçular milliyə fayda verirlər. Amma bilmirəm, kimsə təklif irəli sürsə ki, perspektivli oyunçuları verin bizə aparaq onları xaricə, bilmirəm klublar razı olar ya, yox. Amma İspaniya və İtaliyada belə akademiyakar var ki, futbolçu təhsil alır, futbolu inkişaf edir. Qəliz məsələdir. Klub əlində olan 13-15 yaşlı uşaqları başqa yerə getməsi üçün verərlər ya, yox.

Son yazılar

To Top