“Futbolçularda son vaxtlar fiziki yorğunluq var” – Qurban Qurbanov
10.11.2019 , 21:34

Azırbaycan Premyer Liqasında Xl turun “Qarabağ” – “Zirə” oyunundan (1:1) sonra keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
Korner.az xəbər verir ki, baş məşqçi əvvəlcə görüş barədə fikirlərini bildirib.
Çətin oyun oldu. Futbolçularda son vaxtlar fizki yorğunluq var. Buna görə də heyətdə bir az dəyişiklik eləmişdik. Zədəli futbolcularımız çox idi. Hər bir halda çox futbolçular çox əziyyət çəkdi.
– Daninin durumu necədi?
– Bir həftə sonra fərdi məşqlərə başlayacaq.
– Ozobiç və Mahirin durumu..
– Ozobiç komanda ilə məşqlərə başlayacaq. Mahir artıq fitnesdə hazırlığa başlayıb. Birinci gündən fərdi məşq edə biləcək. Dani və Mahirin “Sevilya” ilə oyuna hazır olacağını ümüd edirik.
Mina Musayeva
