Futbolçulara Yeni il tətili verilməyəcək – YENİ QAYDALAR
16.08.2024 , 17:27
İngiltərə Premyer Liqasında mövsüm öncəsi hakim qərarları üçün yeni qaydalar müəyyənləşib.
Korner.az xəbər verir ki, bu barədə “The Atletik” məlumat yayıb.
Premyer Liqada yeni mövsüm öncəsi müəyyənləşən yeni qaydalar belədir:
-Yarı avtomatik ofsayd sistemi noyabr ayından sonra istifadə olunacaq;
-Matç zamanı hakimlə yalnız komanda kapitanları danışa biləcək;
– Hakimlər artıq təsadüfi əllə oyuna görə “birbaşa” sarı vərəqə verməyəcək;
-VAR rəsmiləri yalnız aydın və görünən səhvlərə baxacaqlar. Subyektiv qərarlara heç vaxt müdaxilə edilməyəcək;
-Matçın başlamasına 75 dəqiqə qalmış start “11-lik” açıqlanacaq;
-Oyunçulara yeni il bayramı verilməyəcək;
-Əlavə dəqiqələr qısaldılacaq;
-VAR qərarları ilə bağlı faktlar sosial mediada paylaşılacaq.
Mina Musayeva