Futbolçulara əllə görüşmək qadağası
06.03.2020 , 16:56

İngiltərədə artan koronavirus xəstələrinin sayının artması Premyer Liqa rəhbərliyini də bəzi qərarlar almağa vadar edib.
Korner.az xəbər verir ki, bundan sonra futbolçuların matçdan öncə əl sıxaraq salamlaşması, eləcə də qucaqlaşması qadağan olunub.
Bu, təkcə futbolçulara aid deyil, oyuna təyinat alan bütün rəsmilərin, klub işçilərinin, məşqçilərin də əllə görüşməsi qadağan edilib.
